Ramil Səfərovun həyat yoldaşı işdən çıxdı

Ramil Səfərovun həyat yoldaşı işdən çıxdı Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.

O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

Şəbnəm Səfərovanın işdən ayrılma səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Ş.Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.

Tehsil-press.az


Oxşar xəbərlər