
Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
"Biz mötəbər faktlara əsaslanmalıyıq. Bəziləri nəyisə iddia edir, amma bizə dəqiq sübut lazımdır. Azərbaycan hökuməti deyir ki, belə bir şey olmayıb və bizim buna inanmamaq üçün heç bir əsasımız yoxdur. Nəzərə alın ki, Azərbaycan qonşu müsəlman ölkəsidir, mədəniyyət baxımından bizə yaxındır və dostumuzdur. Bəzi məsələlərdə fikir ayrılığı ola bilər, məsələn, digər qonşularla. Biz həmişə bu amili nəzərə alırıq. Hətta bəzi sahələrdə dostluq, digər sahələrdə də fikir ayrılığı yarana bilər. Rusiya və Çin kimi İsraillə əlaqələri var, lakin biz öz maraqlarımız əsasında hərəkət edirik”, - Laricani bildirib.
O, Azərbaycanın İrana qarşı mümkün addımları ilə bağlı suala cavabında deyib ki, Azərbaycan rəsmi olaraq Tehrana qarşı tədbir görmür və əllərində heç bir inandırıcı dəlil yoxdur. “Nə vaxtsa belə hərəkət etsə, başqa cür hərəkət edəcəyik, lakin hələlik bunun üçün heç bir əsas yoxdur", - Laricani bildirib.
Tehsil-press.az