
21 avqust 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Zamin Kazımov, ərazi nümayəndəliyi və media nümayəndələri ilə birlikdə Masallı şəhərində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirmiş və görülən işlərlə yerində tanış olmuşlar.
Qeyd edirik ki, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı şəhər ərazisində küçələrin asfaltlanması işi davam etməkdədir.
Tehsil-press.az