Avropadakı xizək kurortlarının yarısında qar qıtlığı proqnozlaşdırılır

Avropadakı xizək kurortlarının yarısında qar qıtlığı proqnozlaşdırılır Avropalı alimlər hesab edirlər ki, Yer kürəsində orta temperatur selsi üzrə iki dərəcə yüksələrsə, Avropadakı xizək kurortlarının 53 faizi qar qıtlığı ilə üzləşə bilər.
Vəziyyət pisləşərsə və orta temperatur selsi üzrə dörd dərəcə artarsa, o zaman qar qıtlığı problemi kurortların 98 faizinə təsir edəcək.
Tədqiqatda iştirak edən alimlər qeyd edirlər ki, xizək turizmi Avropanın dağlıq rayonlarının iqtisadiyyatının mühüm tərkib hissəsidir.
Xəbərdarlıqda qeyd olunur ki, süni qarın istehsalı qıtlıq problemini yalnız qismən həll edəcək və bu proses Yer kürəsinin istiləşməsinə səbəb olan karbon qazı emissiyalarının artmasına səbəb olacaq.
Avropa mediası xatırladır ki, 2015-ci il “Paris razılaşması” 2100-cü ilə qədər qlobal orta temperaturun artımını selsi üzrə 2 dərəcədən aşağı saxlamaq vəzifəsini nəzərdə tutur.
Alimlər tədqiqat zamanı İslandiyadan Türkiyəyə qədər yerləşən 2,2 min kurortda təhlil aparıblar və mümkün vəziyyətləri simulyasiya ediblər.
Son bir neçə ildə bir çox Avropa ölkəsi son dərəcə isti yaylarla üzləşib, meteoroloqlar rekord temperatur qeydə alıblar.
Keçən il Yeni il bayramları ərəfəsində bir çox xizək kurortları, xüsusən də Fransa və İsveçrədə olan kurortlar qarın olmaması səbəbindən məhdudiyyətlərlə işləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər