
Artıq uzun illərdir Türkiyədə iyul ayında orta temperatur 24,5 dərəcə olaraq ölçülüb. Bu ilin eyni ayında isə havanın orta temperaturu 1,8 dərəcə artaraq 26,3 dərəcəyədək yüksəlib.
Qardaş ölkədə 1971-ci ildən bəri iyul ayı üzrə ən yüksək orta temperatur 2000-ci ildə qeydə alınıb. Son 51 ilin ən isti ikinci iyul ayı isə bu il müşahidə edilib.
Bu il iyulun 20-də isə qardaş ölkənin Şırnak vilayətinin Cizre rayonunda 49.1 dərəcə ilə Türkiyə tarixində ən yüksək temperatur qeydə alınıb.
Tehsil-press.az