Azərbaycanlı tələbələr nüfuzlu qlobal startap müsabiqəsinin finalçıları sırasında yer alıb

Azərbaycanlı tələbələr nüfuzlu qlobal startap müsabiqəsinin finalçıları sırasında yer alıb “Huawei Global”ın təşkil etdiyi və Dubayda baş tutmuş “Seeds for the Future” yarışmasının bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) sədr əvəzi İnarə Vəliyeva qurumun “Huawei” şirkəti ilə genişlənən əməkdaşlığının ölkəmizdə İKT təhsilinin inkişafına mühüm töhfə verdiyini bildirib. Belə ki, İRİA-nın dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti “Huawei” Akademiyasının üzvü olublar.
İnarə Vəliyeva, həmçinin “Seeds for the Future” yarışmasının finalçıları arasında Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Məftunə Salamovanın olduğunu xüsusilə qeyd edib.
Müsabiqənin bağlanış mərasimində “Huawei” Azərbaycan şirkətinin, bir sıra yerli təhsil müəssisələrinin və Çin Xalq Respublikasının səfirliyinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, “Seeds for the Future” müsabiqəsi Yaxın Şərq və Mərkəzi Asiya regionundan Azərbaycan daxil 175 perspektivli tələbəni bir araya gətirib. Ölkəmizi təmsil edən 5 tələbə digər yeddi qalib komanda ilə birgə ikinci mərhələni uğurla tamamlayaraq dekabr ayında Dubayda keçiriləcək final mərhələsində iştirak hüququ əldə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər