Azərbaycan Texniki Universitetinin “SABAH” qruplarının tələbələri mükafatlandırılıb

Azərbaycan Texniki Universitetinin “SABAH” qruplarının tələbələri mükafatlandırılıb Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının III kurs tələbələri Vahid Abbasov, Ehtiram Şükürov, Şahnaz Məmmədova və Sevinc Yaqubzadə “Huawei” şirkətinin keçirdiyi “Seeds for the future” STEM üzrə təlim proqramını uğurla başa vurublar.
Səkkiz gün davam edən təlimlərdə tələbələrə süni intellekt, rəqəmsal informasiya, bulud mühəndisliyi və 5G haqqında ətraflı məlumat verilib.
Təlimin bağlanış mərasimində Çinin ölkəmizdəki səfiri Qo Min və müxtəlif universitetlərin nümayəndələri iştirak ediblər.
Sonda AzTU “SABAH” qruplarının tələbələrinə mükafat təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər