
İnfosessiya zamanı “Birding Azerbaijan və Birdvatching Azerbaijan”ın tərəfdaşlığı, “Ornithological Society of the Middle East”in maliyyə dəstəyi ilə yerli və xarici mütəxəssislərin, quş müşahidəçilərinin və tələbələrin iştirakı ilə Beşbarmaq dar boğazında köç edən quşların payız monitorinqi aparılıb.
Tələbələr infosessiyada teleskop və binokllarla müşahidələr aparıb, ərazidən köç edən yüzlərlə iri qarabatdaq dəstəsində fərdlərin sayını müəyyən ediblər. Həmçinin boz vağ, Xəzər qağayısı, durna, bataqlıq belibağlısı, ağquyruq dəniz qartalı, imperator qartalı, qara çalağan, çöl sarı, kəkilli torağay, zağca, sığırçını, “Qırmızı kitab”a daxil olan Aralıq dənizi tısbağası, cəld kərtənkələ, biçimli ilanbaş və əsl su ilanını təbii şəraitdə müşahidə etmək şansı qazanıblar.
Sonda “Birding Azerbaijan” İctimai Birliyinin təsisçisi Elvin Məmmədsoy tələbələrin suallarını cavablandırıb.
Tehsil-press.az