BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriyalarında

BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriyalarında Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının biologiya müəllimliyi ixtisasının III kurs tələbələri üçün Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda infosessiya təşkil olunub.
Biologiya elmləri doktoru Asif Manafovun rəhbərliyi ilə keçirilən infosessiya zamanı institutun baş direktoru akademik İradə Hüseynova tələbələrin təhsildə qazandıqları biliklərin praktikada tətbiqinin zəruriliyi və gələcək elmi fəaliyyətləri üçün əhəmiyyətindən bəhs edib. Tələbələr Genomun quruluşu və ekspressiyası, Bioadaptasiya, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Bitki biotexnologiyası, Xloroplastların fotokimyası, Bioinformatika, Proteomiks laboratoriyaları ilə tanış olublar.
AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Şahniyar Bayramov, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova, Zərifə Süleymanova, Səadət Xudaverdiyeva, Taliyə Orucova, Mayaxanım Xanışova, Aynurə Paşayeva laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, alınan nəticələr və nailiyyətlər barədə tələbələrə məlumat veriblər.
Qeyd edək ki, infosessiyanın məqsədi nəzəri biliklərin praktikada tətbiqinin genişləndirilməsidir.

Tehsil-press.az



Oxşar xəbərlər