UNEC ilə “Ernst & Young Azerbaijan” arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə “Ernst & Young Azerbaijan” arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Rektor Ədalət Muradov və “EY Azerbaijan”ın rəhbəri İlqar Vəliyev tərəfindən imzalanmış sənədin məqsədi tərəflər arasında əməkdaşlığın səmərəliliyini, eləcə də tələbələrin praktiki vərdişlərinin formalaşmasında EY şirkətinin töhfəsini artırmaqdır.
Memorandumda birgə təlim və seminarların təşkili, müvafiq ixtisaslaşma, təkmilləşdirmə və ikinci ixtisas proqramlarının hazırlanması, tələbələrin “EY Azerbaijan”da istehsalat və sahə təcrübəsi keçməsi, tədqiqatlara metodoloji yardım göstərilməsi, birgə biznes layihələrin hazırlanması, sahibkarlıq subyektləri ilə görüşlərin təşkili, maliyyə mənbələri və qeyri-neft sektorları üzrə məlumat mübadiləsi, magistr və fəlsəfə doktoru dissertasiyaları üçün mövzular sifariş etmək və s. istiqamətdə əməkdaşlıq nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər