ATMU beynəlxalq antiplagiat şirkəti ilə əlaqələrini genişləndirir

ATMU beynəlxalq antiplagiat şirkəti ilə əlaqələrini genişləndirir Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov, strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli və Polşanın “Strike Plagiarism” antiplagiat şirkətinin regional direktoru Əli Təhməzov ilə onlayn görüş zamanı əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə aydınlıq gətirilib.
Rektor İlham Mədətov ali təhsil müəssisəsində intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması, o cümlədən plagiatla mübarizə sahəsində qarşıya çıxan problemlərin elmi və hüquqi müstəvidə dəyərləndirilməsinin zəruriliyindən danışıb. Görüş iştirakçıları elmi tədqiqat işlərində köçürmə hallarına yol verilməməsinə tarixən ciddi məsələ kimi yanaşıldığını qeyd edib, bütün növ əsərlərin elektron formatda mövcudluğu səbəbindən elm sahəsində də “oğurluq”ların sayının çoxalmasına münasibət bildiriblər.
Əli Təhməzov Polşada 2002-ci ildən fəaliyyətə başlayan şirkət tərəfindən müəllif hüquqlarının pozulması və intellektual mülkiyyətdən icazəsiz istifadəyə qarşı mübarizənin başlıca hədəf olduğunu bildirib.
Onlayn görüşdə süni intellekt tərəfindən yaradılan yeni mətn axtarış modulu, limitsiz yoxlama şərtləri ətraflı müzakirə olunub. Tərəflər əməkdaşlığın daha da genişləndirilcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Qeyd edək ki, ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq 2015-ci ildə ATMU ilə “Strike Plagiarism” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 2024-cü ilin yanvar ayında növbəti müqavilənin imzalanması nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər