Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrini inkişaf etdirir

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrini inkişaf etdirir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Blanko Fondunun baş katibi Simone Giometti ilə görüş keçirilib.
Universitetin rektoru İlham Mədətov qonağa ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və gələcək planları haqqında ətraflı məlumat verib. Geniş fikir mübadiləsi şəraitində davam edən görüşdə mümkün əməkdaşlıq imkanlarının daha da inkişaf etdirilməsi müzakirə olunub. Beynəlxalq təşkilatın müvafiq tədbirlərindən birinin ATMU-da təşkil edilməsi qərara alınıb.
Xatırladaq ki, ATMU 2015-ci ildən Romualdo Del Blanko Fondu ilə əməkdaşlıq edir. ATMU-nun nümayəndələri təşkilatın müxtəlif tədbirlərində fəal iştirak ediblər.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər