Yunus Əmrə İnstitutunun rəhbəri Turizm və Menecment Universitetində olub

Yunus Əmrə İnstitutunun rəhbəri Turizm və Menecment Universitetində olub Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıçla görüşüb.
İlham Mədətov ATMU-nun inkişaf strategiyası, hədəfləri, beynəlxalq əlaqələri və digər turizm istiqamətli təşkilatlarla əməkdaşlıq münasibətləri barədə məlumat verib. Rektor ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyindən məmnunluğunu bildirib.
Görüşdə ATMU və Türkiyənin təhsil və turizm sahəsində uyğun təşkilatlarla əlaqələrinin daha da gücləndirilməsi nəzərdən keçirilib. Hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və mövcud problemlərə münasibət bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər