Putin: Qərb hesab edir ki, belə böyük Rusiya lazım deyil

Putin: Qərb hesab edir ki, belə böyük Rusiya lazım deyil Qərb dövlətləri belə böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özlərinə tabe etmək istəyirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
“Reallıqlar belədir, sonralar mən buna tam 100 faiz əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra (Qərb siyasətçiləri – red.) inanırdılar ki, bir az səbirli olmalıyıq, indi biz Rusiyanı tamamilə çökdürəcəyik”, - deyə Putin bildirib. O əlavə edib ki, Avropa standartlarına görə belə kifayət qədər böyük ölkə, mumiyyətlə, lazım deyil.

Tehsil-press.az



Oxşar xəbərlər