“Rusiya Ukraynada hələ heç nəyə başlamayıb” - Putin

“Rusiya Ukraynada hələ heç nəyə başlamayıb” - Putin “Rusiya Ukraynadakı xüsusi əməliyyat zamanı hələ də ciddi addım atmayıb”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.
“Eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Nə deyim, qoy cəhd etsinlər. Dəfələrlə eşitmişik ki, Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir. Bu, ukrayna xalqı üçün faciədir, lakin görünür, hər şey buna doğru gedir. Hamı başa düşməlidir ki, Rusiya ümumilikdə hələ heç nəyə başlamayıb”.

Tehsil-press.az



Oxşar xəbərlər