"Ukraynanı qardaş xalq kimi görürəm” - Putin

"Rusiya Ukraynadakı müharibədə günahkar deyil və hər iki ölkə eyni faciəni bölüşür”.
Bunu Rusiya Prezidenti Vladimir Putin yüksək rütbəli hərbi rəsmilərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, Ukraynanı hələ də qardaş xalq kimi görməkdə davam edir
Putin münaqişənin üçüncü ölkələrin müdaxiləsinin nəticəsi olduğunu əlavə edib.
Rusiya prezidenti vurğulayıb ki, Qərb Ukraynadan başlayaraq postsovet respublikalarının hamısının “beynini yuyub”.
“Biz illər boyu kreditlər və ucuz enerji təklif edərək Ukrayna ilə mehriban qonşuluq münasibətləri qurmağa çalışdıq, amma alınmadı”,-deyə Putin əlavə edib.
“Ölkəmizi ittiham edəcək heç nə yoxdur. Ukraynalıları həmişə qardaş xalq kimi görmüşük və bunu indi də belə hesab edirəm”, -deyə Putin bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər