Rus estradasının simaları üzr istədilər

Rus estradasının simaları üzr istədilər 20,21 dekabrda televiziya aparıcısı Nastya İvleevanın təşkilatçılığı ilə Moskvanın “Mutabor” klubunda ziyafət keçirilib. Sözügedən partidə yarıçılpaq geyim tərzi gecənin qonaqları üçün öncədən planlaşdırılıb.
Ziyafətdən əvvəl sosial şəbəkələrdə yayılan görüntülər səs-küyə səbəb olub.
Belə ki, “çılpaq parti” hökumətyönlü fəalların qəzəbinə səbəb olub. Onlar müharibə zamanı belə bir hadisənin baş verməsindən hiddətləniblər.
Məsələ ilə bağlı prokurorluğa şikayətlər daxil olub. Bu gün ziyafət iştirakçıları, rus estradasının tanınmış simaları kütləvi şəkildə sosial şəbəkə hesablarında paylaşımlar edərək üzr istəyiblər.
Qeyd edək ki, həmin tanınmışlar arasında Flip Krikorov, Dima Bilan, Nikolay Vasiliyev, Kseniya Sobçak və başqaları olub.

Tehsil-press.az



Oxşar xəbərlər