
“Putin sizin xoşunuza gəlməyə bilər, amma Putini qeyri-etik təhqir edərək aşağılanmaq ağılsızlıq və çox güman ki, zəif mövqeyin göstəricisidir”, - Sobçak izah edib.
Teleaparıcının fikrincə, Georgi Qabuniyanın addımı yeniyetmə oyununu xatırladır: “Bu, hasarda “*****” sözünü yazıb sevinmək kimidir”, - Sobçak qeyd edib.
Xatırladaq ki, Qabuniya aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub.
Tehsil-press.az