Polimer Materialları İnstitutunun əməkdaşları nanokompozitlərlə bağlı araşdırma aparıblar

Polimer Materialları İnstitutunun əməkdaşları nanokompozitlərlə bağlı araşdırma aparıblar Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun əməkdaşları yeni elmi araşdırmalar aparıblar.
İnstitutun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru Nüşabə Qurbanova və laboratoriyanın böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru Türkan Quliyevanın həmmüəllifi olduqları “İzotaktik polipropilen və butadiennitril kauçuku əsaslı metaltərkibli nanokompozitlərin xassələri” adlı məqalədə izotaktik polipropilen, butadiennitril kauçuku və kobalttərkibli nanodoldurucular əsasında nanokompozitlərin alınmasından, nanodoldurucunun miqdarının alınan nanokompozitlərin quruluşları, fiziki-mexaniki xassələri və termiki davamlılığına təsirindən və nanodoldurucunun optimal miqdarının müəyyən edilməsindən bəhs edilir. Göstərilir ki, tərkibində 0.1 küt.% miqdarında kobalt olan nanokompozitlər daha yaxşı fiziki-mexaniki xassələrə, istiliyə davamlılığa və yüksək termiki stabilliyə malikdir.
Məqalə “High Energy Chemistry” adlı impakt faktorlu jurnalda yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər