Polimer Materialları İnstitutunda uğurlu tədqiqatlar aparılır

Polimer Materialları İnstitutunda uğurlu tədqiqatlar aparılır Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasında uğurlu tədqiqatlar aparılır.
Kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları tərəfindən bu il 20 məqalə, 33 məruzə və tezis dərc etdirilib, 2 monoqrafiya nəşr olunub. Məqalələrin 6-sı “Web of Science”, “Science Citation Index Expanded” bazalarına daxil olan impakt faktorlu jurnallarda yer alıb.
Mexaniki-kimyəvi sintez yolu ilə “METAK” şirkətində poliolefinlər, qrafit və bazalt doldurucuları əsasında nanokompozitlərin alınma texnologiyası sınaqdan keçirilərək sınaq aktları alınıb.
Laboratoriyada 5 beynəlxalq və 4 yerli təşkilat ilə müqavilə əsasında tədqiqat işləri aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər