Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva və müəllimi Həbibə Şirinovanın həmmüəllif olduqları məqalə “Web of Science”, “Clarivate Analytics” elmmetrik beynəlxalq bazasına daxil olan “Journal of Inorganic and Organometallic Polymers and Materials” adlı yüksək impakt faktorlu jurnalda dərc olunub.
“Polivinilidenflüorid, maqnetit nanohissəcikləri və çoxlaylı karbon nanoboruları əsasında yeni üç fazalı polimer nanokompozitlər: sintezi, quruluşu və xassələri” adlı məqalədə dəmir oksidi, çoxlaylı karbon nanoborusu və PVDF polimer matrisi əsasında 2 və 3 fazalı polimer nanokompozit sisteminin alınması işlənib, onun strukturu tədqiq olunub.

Tehsil-press.az

Oxşar xəbərlər