
Azərbaycan PIRLS (Progress in International Reading Literacy Study – Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) üzrə ilk dəfə olaraq 2026-cı ildə rəqəmsal əsaslı qiymətləndirmədə iştirak edəcək. Görüşdə PIRLS 2026 üzrə fəaliyyətlər, sorğu və oxuma bacarığını ölçən qiymətləndirmə vasitələrinin hazırlanması, müvafiq istiqamətlər üzrə çərçivə sənədlərinin yenilənməsi, rəqəmsal əsaslı qiymətləndirmənin keçirilməsi və sualların hazırlanması ilə bağlı müzakirələr və qrup işləri təşkil edilib. Görüşlər fevralın 16-dək davam edəcək.
Tehsil-press.az