Azərbaycan dili üzrə yeni dərsliyin fərqli cəhətləri təqdim olunub

Azərbaycan dili üzrə yeni dərsliyin fərqli cəhətləri təqdim olunub 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində istifadəyə verilən yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)” dərsliyi də var.
Təhsil İnstitutu tərəfindən dərslik komplektinin hazırlanma prosesində dünyada qəbul olunan müasir yanaşmalar, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri nəzərdən keçirilib.
Habelə şagirdlərdə oxu və yazma savadlılığının müəyyənləşdirilməsi üzrə “PIRLS” beynəlxalq qiymətləndirmə tədqiqatının çərçivə sənədləri təhlil edilib. Nəticədə dərsliklərin quruluş və məzmunu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər didaktik prinsiplər ümumiləşdirilərək dərslik konsepsiyası və komplekti hazırlanıb.
Nazirlik yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edir.

Tehsil-press.az

Oxşar xəbərlər