Məruzədə yaşıl kitabxana anlayışı izah edilib, bu konsepsiyasının kitabxana-informasiya fəaliyyətində yeni bir istiqamət olduğu qeyd olunub. Yaşıl kitabxanaların missiyası, arxitekturası və funksiyaları müasir elmmetrik səviyyədə təqdim olunub. Dünyanın müxtəlif ölkələrində yaşıl kitabxana hərəkatının yaranması və inkişaf mərhələləri, bu tipli kitabxanaların standartlaşması, brendləşdirilməsi və sertifikasiyası məsələləri, beynəlxalq təşkilatların yaşıl kitabxana hərəkatına dəstəyi şərh olunub. Bildirilib ki, yaşıl kitabxana modelinin həyata keçirilməsi zamanı ekoloji, iqtisadi və sosial davamlılıq nəzərə alınmalı, kitabxana binasının təbiətlə harmoniyası təmin edilməli, enerjiyə və digər resurslara qənaət etməklə ətraf mühitə və insan sağlamlığına töhfə verəcək infrastruktur formalaşdırılmalıdır.
Ölkəmizin bu istiqamətdə mövcud resurslarından, imkanlarından və həmçinin potensialından bəhs edən məruzəçi xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda kitabxana infrastrukturunun bərpası layihələrində yaşıl kitabxana modelindən istifadənin zəruriliyini vurğulayıb.
Elmi seminar iştirakçıların böyük marağına səbəb olub, məruzə ətrafında geniş müzakirələr aparılıb.
Tehsil-press.az