
Onlayn konfransda yaşıl iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi, müvafiq sahədə müasir informasiya texnologiyalarının tətbiqi, Xəzər dənizinin ekoloji problemləri, ekosistemdə baş verən dəyişikliklərin araşdırılması və bu istiqamətdə elmi layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr da aparılıb.
“Dünya iqtisadi böhranı şəraitində yaşıl iqtisadiyyatın inkişafı” mövzusunda məruzə ilə çıxış edən professor “Yaşıl Xəzəryanı layihəsi”nin tərtib olunması təklifini irəli sürüb. Konfransı onlayn izləyən Xəzəryanı Universitetlər Assosiasiyasının üzvü olan Həştərxan, Dağıstan, Qazaxıstan universitetlərinin alimləri layihənin icrasında birgə iştirakı təklif ediblər.
Azərbaycanlı alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az