NDU ilə ADU arasında imzalanan əməkdaşlıq müqaviləsi öz bəhrəsini göstərməkdədir

NDU ilə ADU arasında imzalanan əməkdaşlıq müqaviləsi öz bəhrəsini göstərməkdədir Naxçıvan Dövlət Universiteti (NDU) ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ADU-nun əməkdaşları NDU-nun Xarici dillər fakültəsində təlim keçiblər.

Təlimdən əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Dİllər Universitetinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsi arasında yeni əməkdaşlıq imkanları, seminarlar, ustad dərsləri və təlimlərin keçirilməsi, birgə layihələrin hazırlanması haqqında müzakirələr aparılıb.

2 gün davam edən təlimin ilk günü ADU-nun Tərcümə fakültəsinin dekanı, filologiya elmləri doktoru Bənövşə Məmmədova “Azərbaycan Dillər Universitetində bakalavr pilləsində tərcüməçi hazırlığına dair”, ADU-nun German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev “Kiçik həcmli mətnlərin Alman dilinə tərcüməsi”, həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva isə “Naxçıvanlı ziyalıların əsərlərinin ingiliscəyə tərcüməsi” mövzularında təlim keçiblər.

Təlimin sonuncu günü ADU-nun German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Güllü Bayramova və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Dilşad Pənahovanın "Yazılı tərcümə fənninin tədrisinə verilən tələblər", "İlkin tərcümə vərdişləri", "Kompüter tərcümə proqramları", "Audiovizual tərcüməni necə yerinə yetirməli" mövzularında çıxışları dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər