Mayın 24-də Altiero Spinelli adına Milan Tərcümə İnstitutunun Mediatore linguistico şöbəsinin rəhbəri professor Bruno Osimon Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində italyan dili üzrə təhsil alan tələbələrə Peşəkar tərcümənin əsasları fənni üzrə “Bədii mətnlərin tərcüməsi problemləri” adlı video-konfrans şəklində mühazirə oxuyub. O, mühazirəsində tərcümə nəzəriyyəsinin tarixi, məşhur dilçilərin töhfələri, mədəniyyətlərarası dialoqun dilçilik üçün faydası və tərcümə zamanı tətbiq olunan müxtəlif üsullar barədə geniş məlumat verib. Eyni zamanda, Şərqi və Qərbi Avropada tərcümə sənətinin intibahı, Y.M.Lotman, R.O.Jakobson və digər dilçi alimlərin tərcümə nəzəriyyəsi sahəsində mövcud dərslikləri haqqında ətraflı danışıb.
ADU-nun Mətbuat Xidməti