
Tehsil-press.az xəbər verir ki, bu haqda İsrailin “Yedioth Ahronoth” qəzeti hərbi mənbələrə istinad edərək yazıb. Qəzetin iddiasına görə, İsrail prezidenti Reuven Rivlin hadisə barədə martın 15-də Moskvaya səfəri zamanı məlumat verib. Ancaq Rusiya prezidenti Vladimir Putin hadisədən xəbərinin olmadığını söyləyib.
İsrailin “Kanal 10” telekanalı Rusiya hərbi təyyarələrinin Aralıq dənizinin sahilində uçan İsrail qırıcılarına təhlükəli məsafədə yaxınlaşdığını xəbər verib. İsrailin ordusunun sözçüsü hadisəni “Reuters” agentliyinə şərh etməkdən imtina edib.
tehsil-press.az