Muxtariyyətin 100-cü ildönümünə həsr edilmiş Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı Naxçıvan Dövlət Universitetində keçirilib

Muxtariyyətin 100-cü ildönümünə həsr edilmiş Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı Naxçıvan Dövlət Universitetində keçirilib Konfransdan öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qonaqlara görkəmli dövlət xadiminin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.

Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Tibb Universiteti ilə aparılan səmərəli əməkdaş nəticəsində belə tədbirlərə ev sahibliyi etməkdən qürur duyduğunu ifadə edib. Rektor bildirib ki, zəngin bir tarixə malik olan universitetlə qarşılıqlı əlaqədə olmaq, onun təcrübəsindən faydalanmaq, birgə elmi tədbirlərdə iştirak etmək NDU-nun Tibb fakültəsinin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Elbrus İsayev 25 ildir muxtar respublikanı Tibb sahəsi üzrə kadrlarla təmin edən fakültəyə göstərilən yüksək dövlət qayğısını diqqətə çatdırıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universiteti üçün nəzərdə tutulmuş prioritet məsələlərdən biri də tibb təhsili üzrə peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi, yeni tədris korpusunun yaradılması, araşdırma tədris klinikasının fəaliyyətinin təmin olunmasıdır. Rektor konfransın işinə uğurlar arzu edərək, birgə əməkdaşlığın inkişafına sonsuz inamını ifadə edib.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli elmə, təhsilə, gənclərə göstərilən yüksək dövlət qayğısının bəhrəsi kimi rəhbərlik etdiyi universitetdə Tibbi kadrların hazırlıq vəziyyətindən danışıb. Qeyd edilib ki, Tibb hər gün yenilənən, daim elmi axtarışlar tələb olunan bir sahədir. Məhz buna görə həkimlik peşəsini seçən hər bir tələbə bu istiqamətdə elmi araşdırmalara üstünlük verməli, daim müasir elmi ədəbiyyatları mənimsəməlidir. Rektor qeyd edib ki, tədris o zaman səmərəli və effektiv olur ki, elmi tədqiqatlarda formalaşdır. Professor gənc tədqiqatçıları bir qurumda birləşdirən TEC xətti ilə universitetdə aparılan elmi işlərin əsas istiqaməti barədə məlumat verib. Bildirilib ki, birgə keçirilən bu cür konfranslar sayəsində tələbələr öz təcrübələrini bölüşür, eyni zamanda daha peşəkar kadr kimi formalaşırlar.

Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin rəhbəri Müşviq Həsənov, Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırovanın çıxışları dinlənilib.

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə dair, Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti adlı videoçarxlar nümayiş olunub.

Plenar məruzələrdə Azərbaycan Tibb Universitetinin tələbəsi Səbinə Həsənzadə “Eksperimental pankreonekroz zamanı baş verən endotoksikozun patogenezində pankreas profermentlərinin rolu”, Naxçıvan Dövlət Universitetinin tələbəsi Bəhriyyə Mustafayeva “Siqaret istifadəsinin qadın cinsiyyət sisteminə təsiri” mövzusu üzrə araşdırmaları dinlənilib.

Konfrans iki gün ərzində 3 salonda olmaqla Kliniki təbabət paneli-1, Tibbi biologiya paneli, İctimai sağlamlıq paneli, Kliniki təbabət paneli-2, Əczaçılıq, qida təhlükəsizliyi və profilaktik paneli, Biloji təbabət paneli, Kliniki təbabət paneli-3, Stomatologiya paneli olmaqla 8 bölmədə davam etdiriləcək.

Muxtariyyətin 100-cü ildönümünə həsr edilmiş Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı Naxçıvan Dövlət Universitetində keçirilib
Muxtariyyətin 100-cü ildönümünə həsr edilmiş Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı Naxçıvan Dövlət Universitetində keçirilib
Muxtariyyətin 100-cü ildönümünə həsr edilmiş Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı Naxçıvan Dövlət Universitetində keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər