Bakıda DƏHŞƏT - ÖLƏN və YARALILAR VAR

Bakıda DƏHŞƏT - ÖLƏN və YARALILAR VAR Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.

İdarəetməni itirən "Toyota Prius" markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər