Qazaxda avtobus qəzası - Ölən və yaralananlar var

Qazaxda avtobus qəzası - Ölən və yaralananlar var Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.
Qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər