NDU-nun IELTS Mərkəzində növbəti imtahan keçirilib

NDU-nun IELTS Mərkəzində növbəti imtahan keçirilib Naxçıvan Dövlət Universiteti IELTS mərkəzində Britaniya Şurası ilə əməkdaşlıq çərçivəsində növbəti rəsmi IELTS imtahanı keçirilib. Həm General IELTS, həm də akademik IELTS olaraq nəzərdə tutulan imtahanda 60-a yaxın nəfərin akademik IELTS bacarıqları qiymətləndirilib. İştirakçıların 40 nəfərdən çoxu Naxçıvan Dövlət Universitetinin əməkdaşıdır və universitetin tam maliyyə dəstəyi ilə imtahanda iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına IELTS imtahanı üçün göstərilən maliyyə dəstəyi universitetdə prioritet seçilmiş ingilisdilli təhsilin və araşdırmanın təşviq edilməsi, universitetin qlobal reytinqlərdə irəliləmə strategiyasının bir parçasıdır.

Məlumat üçün bildirək ki, İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.

Qeyd edək ki, IELTS mərkəzində Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb, qeydiyyat və imtahan mərkəzi olaraq fəaliyyət göstərir. Mərkəz artıq universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə müsbət təsir göstərir. Onu da qeyd etmək yerinə düşər ki, mərkəz beynəlxalq əməkdaşlıqda uğurlar qazanan ali təhsil ocağının gələcək perspektivlərini, ikili diplom layihələrində iştirakını təmin edir. Bu imtahanlardan uğurla keçən müəllim və tələbələr ikili diplom proqramlarına qatılır, öz təhsillərini xarici ölkə universitetlərində davam etdirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər