
Imtahan danışıq (speaking) və yazı (writing) hissələri olmaqla 2 mərhələdən ibarət olub. Təlimlərin və imtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanıb.
Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universiteti öz tələbələrinə bu sertifikatları əldə etmək üçün geniş imkanlar yaradır. PTE (Pearson Test of English) IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir. Testlər tələbələr üçün münasib olan təqvimə əsasən ildə dörd dəfə keçirilir.
Qeyd edək ki, Azərbaycan Universiteti PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub. Universitetin bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var.
Tehsil-press.az