Nərimanovda kafedəki yanğın söndürüldü - YENİLƏNDİ

Nərimanovda kafedəki yanğın söndürüldü - YENİLƏNDİ Bakı şəhərinin Nərimanov rayonunun Atatürk prospektində kafedə baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

14:52

Bakının Nərimanov rayonunda kafe yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sfera.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu Atatürk prospektində kafedə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri əraziyə cəlb olunub.

Hazırda yanğın söndürmə işləri davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər