Bakıda oteldə yanğın oldu

Bakıda oteldə yanğın oldu Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində oteldə yanğın başlayıb.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bakı şəhəri, Səbail rayonunda yerləşən oteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər