Narkoloji Mərkəzdə güclü yanğın - Ölən və yaralananlar var

Narkoloji Mərkəzdə güclü yanğın - Ölən və yaralananlar var Bakının Xətai rayonu ərazisində yanğın başlayıb.
Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***
Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.
***
Hadisə nəticəsində 1 nəfərin həlak olduğu bildirilir.
***
FHN-in məlumatına görə, mərkəzdə baş verən yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər