
Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev magistrant və doktorantların mütəmadi olaraq məqalə və layihələrinin nüfuzlu nəşrlərdə işıqlanmasının davamlı hal aldığını bildirib. Diqqətə çatdırılıb ki, aidiyyatı qurumlarla birgə iş nəticəsində ərsəyə gələn tədbir də bu işlərin bariz nümunəsidir.
Layihə rəhbəri, universitetin “Musiqi fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə II kurs magistrantı Lətifə Quliyeva qeyd edib ki, dissertasiya işi əsasında dərsdən kənar musiqi fəaliyyətində sağlamlıq imkanları məhdud uşaqların sosial kommunikasiya vərdişlərinin inkişaf etdirilməsinin diqqətdə saxlanılması, onların kollektivə uyğunlaşması eyni zamanda cəmiyyətə inteqrasiyası üçün zəmin yaradır. Lətifə Quliyeva yaradılan şəraitə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Sonra tədbirin bədii hissəsində “Ümid” qrupunun müşayəti ilə Qarabağ kompozisiyası, Xudayar təsnifi, Naxçıvan təranələri, Əhsəni rəqsi, Dilbərim, Yaşa mənim xalqım və Naxçıvan mahnıları, Zəfər rəqsi və bir sıra ifalar tədbir iştirakçılarına xoş ab-hava bağışlayıb.
Daha sonra tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin istedadlı uşaq və gənclərinə təşəkkürnamə verilib.
Tehsil-press.az