AMEA-da fiziki imkanları məhdud olan şəxslərin hüquqları ilə bağlı müzakirələr aparılıb

AMEA-da fiziki imkanları məhdud olan şəxslərin hüquqları ilə bağlı müzakirələr aparılıb Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda təşkil olunan fiziki imkanları məhdud olan şəxslərin hüquqları kafedrasının açılışı ilə bağlı “dəyirmi masa” keçirilib.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafazadə Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial məsələlərə daim böyük diqqət göstərdiklərini vurğulayıb.
A.Mustafazadə ölkəmizdə fiziki imkanları məhdud olan şəxslərə göstərilən diqqət və qayğıdan danışıb.
Rəhbərlik etdiyi elm müəssisəsində fiziki imkanları məhdud olan şəxslərin hüquqları ilə əlaqədar reallaşdırılan tədbirlərdən söz açan direktor institutun elmi şurasının qərarı ilə burada fiziki imkanlari məhdud olan şəxslərin hüquqları kafedrasının yaradıldığını diqqətə çatdırıb.
A.Mustafazadə fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsinin, peşə hazırlığının, iş yerləri ilə təmin olunmalarının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Jalə Əliyeva, Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Anar Xələfov və digər çıxış edənlər fiziki imkanları məhdud olan şəxslərin sosial hüquqları ilə bağlı məsələlər barədə fikirlərini bildirib, onlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər səsləndiriblər.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər