
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib.
O, daha sonra əlavə edib: "Vaxtilə İlhamə xanımın əlini öpənlər indi rəfiqə olublar. Axı indi ölüb! Bir yaxını da yoxdur ki, basıb gözlərini çıxarsın. Hər yerindən qalxan "İlhamə" deyir. Onların "duxu" olsaydı onun sağlığında deyərdilər ki, Roza Zərgərli özünü İlhamə Quliyevaya oxşadır. İlhamə xanım onların payını özü verərdi. Gör dünyanın harasıdır ki, İlhamə xanımın qəbri üstündə mahnı oxuyur, klounluq edirlər. Onun sağlığında mahnısını kimsə oxuya bilərdi? Əlbəttə ki, yox! Dünyanı dağıdardı. Şou-biznes aləmi indi çox acınacaqlı vəziyyətdədir. Onun üçün mən kənara çəkilib, işlərimi görürəm, tamaşaçılarla ünsiyyətdə oluram. Nə bu camiyənin insanları ilə dostluq et, nə də yaxınlıq et. Bir-iki nəfər barmaqla sayılası dostlarım var, qalanı boş şeydir. Salam və sağ ol. Çünki durduğun yerdə problemə düşürsən", - deyə müğənni bildirib.
O daha sonra "Deyirlər ki, şou-biznesdə İlhamə Quliyevanın yerini Roza Zərgərli tutub. Bu həqiqətdirmi?, - sualına müğənni belə cavab verib: "Bəziləri İlhamə xanımdan sağlığında o qədər qorxurdular ki, o olmayanda da xoxan axtarırdılar. Birincisi, mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm. Bu o səbəbdəndir ki, o, İlhamə xanım Quliyeva idi, mən isə Roza xanım Zərgərliyəm. İlhamə xanım istədiyi zaman kiminsə başını ağrıda bilərdi, mən isə Allah adamıyam. Əl altından iş görmürəm. O demək deyil ki, İlhamə xanım əl altından iş görüb. Mən açıq savaşıram. Xoşuma gəlməyən insana açıq şəkildə bunu deyirəm. Biz tamam fərqli-fərqli qadınlarıq. Bəli, zahirən, xasiyyətcə oxşadırlar. Sözü üzə deyən insanlarıq. Amma bu o demək deyil ki, mən kiminsə yerində ola bilərəm. Zamanında mənim də yerimdə heç kim gəlib otura bilməz. Hərənin fərqli yeri var. O, bizim sənətkarımız olub. Bəlkə də şou-biznesdə cavanlar içərisində ən çox incitdiyi mən olmuşam. Amma münasibət düzələndən sonra hər zaman onu sayıb-seçmişəm. Hətta "Bakı vaxtı ilə" verilişinə 2014-cü ildə təqdimat edəndə İlhamə Quliyeva özü şəxsən gəlib xeyir-dua verdi. Onda bildim ki, bu qadının ürəyi mənimlə düzəlib. Bəlkə də kimlərsə aramıza girmişdi, sonradan başa düşmüşdü".
Tehsil-press.az