
Bu barədə “Qafqazinfo” ya açıqlamasında Orxan Nadirovun vəkili Habil Əliyev bildirib. “İndi İlhamə Quliyevanın 40 mərasimindəyəm. Qısaca məlumat verim ki, bu həftənin 4-cü günü məhkəməyə müraciət olunacaq və miras məsələsinə start veriləcək. Bura mirasın Orxan Nadirova qalması və digər məsələlər aiddir”.
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib. Xatırladaq ki, mart ayının 5-də hüquq-mühafizə orqanları tərəfindən İlhamə Quliyevaya məxsus mənzilin açarlarının oğlu Orxan Nadirovdan alındığı, maşınının avtodayanacağa qoyulduğu və bahalı əşyalarınının saxlandığı seyfin isə plomblandığı ilə bağlı məlumat yayılmışdı.
tehsil-press.az