İlhamə Quliyevanın mirası ilə bağlı yeni xəbər

İlhamə Quliyevanın mirası ilə bağlı yeni xəbər “Artıq bununla bağlı istintaq işi açılıb”. "Qafqazinfo"nun musavat.com-a istinadən məlumatına görə, bu sözləri Orxan Nadirovun vəkili Habil Vəliyev bildirib. Onun sözlərinə görə, mərhum müğənni İlhamə Quliyevanın mirası ilə bağlı paralel olaraq bir neçə məhkəmə aparılacaq.

Vəkil məhkəmələrlə bağlı geniş açıqlama vermək istəməyib:
“Bəzi məsələlər sirr olaraq qalmalıdır ki, bu işlərə narahatlıq yaratmasın. Mirasla bağlı yeni bir məhkəmə iddiası da irəli sürmüşük. Orxan Nadirovun hüquqlarının tanınması və sair məsələlər ilə bağlı. Amma bu haqda hələ ki, mətbuata açıqlama verməyəcəm. Çünki bəzi məsələlər ortalıqdadır. Bu məsələlər öz həllini tapdıqdan sonra vərəsəliklə bağlı məhkəmə gedişatından danışacağıq. Yeni bir mərhələ açılacaq... “
Vəkil digər maraqlı faktları da açıqlayıb:
“Orxan Nadirov əgər sənəd üzərində onun oğulluğu olmasa belə qohumu kimi də ona miras qalır. Bilirsiz ki, Orxan Nadirov İlhamə xanımın yaxın qohumudur. İlhamə xanım onu yaxın qohumundan övladlığa götürüb. Bir sözlə, onlar doğma qohumdurlar, yad deyillər”.
Qeyd edək ki, mərhum xalq müğənni İlhamə Quliyevanın vəkili Elmira Məmmədova mətbuata açıqlamasında bildirmişdi ki, sənətçinin mirasına Bakının mərkəzində yerləşən 4 evi, iki avtomobili, çoxlu miqdarda qızıl-zinət əşyaları daxildir. Ümumilikdə isə mirasın dəyərləndirilməsi 2 milyon manatdır. Bəzi iddialara görə, Orxan Nadirov qanuni olaraq onun oğulluğu olmadığı üçün 2 milyonluq mirasdan ona heç cür pay düşməyəcək.
Xatırladaq ki, xalq artisti bu ilin fevralın 25-də tromboemboliyadan dünyasını dəyişib.

tehsil-press.az

Oxşar xəbərlər