Fırtına yaxınlaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə

Fırtına yaxınlaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə İsrail-İran qarşıdurması fonunda Yaxın Şərqin xəritəsinin yenidən çəkilməsi cəhdləri müşahidə edilir. Bir tərəfdən Türkiyənin cənub sərhədlərində - Suriyanın şimalında məlum “kürd dəhlizi” layihəsi yenidən aktuallaşır, digər tərəfdən, Suriya və İraqda yeni kvazidövlətlərin yaradılması planları qurulur.

Türkiyə ordusunda xidmət etmiş, hazırda təqaüddə olan generallardan biri Yaxın Şərqdəki planların detallarını “Haberqlobal”a açıqlayıb.

Türkiyəli general bildirib ki, ABŞ İraq və Suriyanın şimalında “kürd muxtar vilayətini” ilə yanaşı, İraqın Əl-Anbar bölgəsindən Suriyanın Deyr-Əz-Zor şəhərinə qədər uzanan xətdə qondarma “sünni dövləti” yaratmağı planlaşdırır. Rusiya isə mərkəzi Lazkiyə olan Nüseyri muxtar bölgəsi yaratmağa çalışır. Digər layihə isə İdlibdən Hələbə qədər sünni muxtar bölgəsinin yaradılmasıdır. Bu bölgə HTŞ (Həyat Təhrir əş-Şam) və İŞİD terror təşkilatlarının nəzarətindədir. ABŞ Türkiyəni Hələb bataqlığına salmağa çalışır.

General qeyd edib ki, Yaxın Şərqdə baş verənlər fonunda Türkiyəyə doğru yaxınlaşan fırtına var.

“ABŞ-İsrail-Yunanıstan bloku Türkiyəni Şimali Kip Türk Cümhuriyyəti və Şərqi Aralıq dənizi bölgəsindən çıxarmaq istəyir. Yaxın günlərdə Kipri və Şərqi Aralıq dənizi kartlarını da gündəmə gətirəcəklər. Amerikalılar bir tərəfdən də PKK-nın İran qanadı olan PJAK-ı diqqət mərkəzinə daxil edib. Əsas məsələ Türkiyənin strategiyasının necə qurulacağıdır. PKK-nın Suriya qanadı olan PYD-nin 80 minlik hərbi qruplaşmasının Suriya ordusuna daxil edilməsi məqsədilə ABŞ, Əsəd, Rusiya və YPG arasında görüşlər keçirilir. PYD/YPG Suriya ordusu daxilində yarımmüstəqil səlahiyyətlərə malik olmaq istəyir. Rusiya hərbi bazasının yerləşdiyi Lazkiyəni nəzarətdə saxlamağa çalışır, ABŞ isə həm İsrailin təhükəsizliyini təmin etmək, həm də neftlə zəngin bölgələri ələ keçirmək üçün PKK/PYD-nin nəzarət etdiyi bölgəni istəyir. Türkiyəyə Suriyada üç hissədən ibarət yeni xəritəni qəbul etməsi qarşılığında Kərkük neftindən pay verməyi təklif edəcəklər. Əlimizi zəiflədən ən böyük problem iqtisadi çətinliklərdir”, - o bildirib.

Türkiyə ordusunun ehtiyatda olan mayoru Mehmet Çanlı hesab edir ki, ABŞ İranın da bölünməsi ilə İsrailin təhlükəsizliyini gücləndirmək istəyir.

“ABŞ İranda daxili çaxnaşmalar yaratmaqla yanaşı, hava hücumları ilə müdaxilə ssenariləri də planlaşdırır. ABŞ İranda istədiyinə nail olarsa, İraq və Suriyada “kürd dövlətini” birləşdirmək üçün hərəkətə keçəcək”, - türkiyəli zabit diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər