
Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar. Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə hərbi əməliyyatlara başlayıb.
Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Tehsil-press.az