
Nazir bildirib ki, bu gün PYD və YPG terrorçuları Suriya ərazisinin 25 faizinə nəzarət edir.
M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləyəcək və bu torpaqları sakinlərinə qaytaracaq:
"Zeytun budağı" əməliyyatı Suriya kürdlərinə qarşı yönəlməyib. PYD və YPG-yə qarşı döyüşən "Azad Suriya Ordusu"nun tərkibində də kürdlər var".
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Tehsil-press.az