Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, "Coca-Cola" və "ATS Food" şirkətlərinin dəstəyi ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı regional intellektual yarış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov yarış iştirakçılarını salamlayıb, tədbirin ənənəvi olaraq hər il keçirildiyini bildirərək komandalara uğurlar arzu edib.
Yarışda respublikanın 16 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Suallar əsasən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.
3 mərhələdən ibarət yarış Qarabağ Universiteti tələbələrinin qalibiyyəti ilə yekunlaşıb. İntellektual oyunda ikinci yeri Azərbaycan Dövlət Aqrar Universiteti, üçüncü yeri isə Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri tutub.
Qalib komandalara kubok və pul mükafatı verilib.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.
Tehsil-press.az