
Bunu "Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
“Biz artıq komandamız daxilində bir çox namizədi müzakirə etmişik. Ola bilsin, gözlədiyimizdən çox əvvəl prezidentliyə namizədi açıqlayaq”, - M.Mdinaradze deyib.
Onun sözlərinə görə, iqtidar partiyası keçmiş səhvlərdən qaçmaq üçün balanslı qərar qəbul etməyə çalışır.
Gürcüstanda prezident seçkiləri yeni parlamentin noyabrın 25-də baş tutmalı olan ilk iclasından sonra 45 gün ərzində baş tutacaq.
Tehsil-press.az