Meral Akşener də səs verdi - Video

Meral Akşener də səs verdi - Video Türkiyənin İYİ partiyasının sədri Meral Akşener prezident və parlament seçkilərində səs verib.
O, səsini İstanbulda verib.
Qeyd edək ki, prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Prezident seçkilərinin birinci turu zamanı namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq.
Bununla yanaşı, seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.



Tehsil-press.az



Oxşar xəbərlər