Gürcüstanın hakim partiyasının fəxri sədrinə yeni səlahiyyətlər verilib

Gürcüstanın hakim partiyasının fəxri sədrinə yeni səlahiyyətlər verilib Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının nizamnaməsində dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə yeni səlahiyyətlər verilib. Partiyanın fəxri sədri bundan sonra ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürə bilər.
Gürcüstanın Ədliyyə Nazirliyi partiyanın nizamnaməsinə təklif olunan bu dəyişikliyi təsdiq edib.
Nizamnaməyə görə, siyasi şura partiyanın fəxri sədrinin irəli sürdüyü namizədi Gürcüstanın baş naziri vəzifəsinə təsdiqləyir.
Bundan əlavə, partiyanın fəxri sədrinin və ya siyasi şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı çağırıla bilər.
Qeyd olunub ki, siyasi şura partiyanın fəxri sədri və qurultayda seçilən 15 üzvdən ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər