Polkovnikin oğlu məhkəməyə çağırıldı

Polkovnikin oğlu məhkəməyə çağırıldı Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov məhkəməyə çağırılıb.

Bu barədə sabiq müstəntiq özü məlumat verdi. Bildirdi ki, bir az əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov onu Binəqədi Rayon Məhkəməsinə dəvət edib: “İstintaqın artıq 4 ayı bitdi. Yenidən ibtidai istintaqın müddəti uzadılır. Saat 11:30-da Binəqədi Rayon Məhkəməsində olmalıyam. Məhkəmə bitdikdən sonra ətraflı məlumat verəcəm”.
Eldar Sabiroğlunun oğlu Baş Prokurorluğa çağırıldı
Yanvar ayının 15-də Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb. R.Səfərov barəsində həbs-qətimkan tədbiri seçilərək Binəqədi rayon Məhkəməsinə aparılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
Eldar Sabiroğlu – Rüfət Səfərovun atası
Yanvar ayının 16-da Bakı 1 saylı İstintaq Təcridxanasına köçürülən keçmiş müstəntiqin səhhətində köçürüləndən 2 gün sonra problem yaranıb.
Eldar Sabiroğlunun oğlu azadlıqda
Yanvarın 22-də isə Binəqədi rayon Məhkəməsində Rüfət Səfərovun məhkəməsi olub. İclasda barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı yanvar ayının 18-də verilən şikayətə baxılıb. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə baş tutan məhkəmə prosesində şikayətə baxılıb və vəsatət təmin edilib. Rüfət Səfərov ev dustaqlığına buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər