Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
İ.Hüseynovanın sözlərinə görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:
“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Tehsil-press.az